Hərbi vəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Hərbi vəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb backend

Hərbi vəzifəli şəxslərin qanunsuz əməllərinə dair cinayət işi

Hərbi Prokurorluğun İstintaq idarəsində hərbi vəzifəli şəxslərin qanunsuz əməllərinə dair cinayət işi başlanaraq, ibtidai istintaq aparılır.

Bu barədə Apa-ya Hərbi Prokurorluqdan məlumat verilib.

Mənimsəmə və digər qanunsuz əməllər

Məlumata görə, istintaqla Müdafiə Nazirliyinin hərbi qulluqçusu olan Azad Məmmədovun N saylı hərbi hissənin xidmət rəisi vəzifəsində xidmət etdiyi müddətdə mənimsəmə və digər qanunsuz əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, cinayət işi üzrə davam etdirilən istintaq tədbirləri ilə hüquqi şəxsə faktiki rəhbərliyi həyata keçirmiş mülki şəxs Cahangir Hüseynovun müxtəlif hərbi vəzifəli şəxslərlə əlbir olaraq mənimsəmə törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Diaspora