Türkiyə və Azərbaycan hərbçiləri Naxçıvanda birgə təlim keçib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X”dəki hesabında məlumat yayıb.
Məlumata görə, Türkiyə Ordusunun 9-cu Komando Briqada komandanlığı və Naxçıvanın Əlahiddə Ümumqoşun Ordusunun bölmələri “Birgə komando təlimi” keçirib.


