Polad Həşimov anası ilə sonuncu danışığında nə deyib?

Polad Həşimov anası ilə sonuncu danışığında nə deyib? backend

"2020-ci ilin mart ayında görüşdük. Pandemiya idi. Telefonla hər gün danışırdıq. Dedi: “Ana, pandemiyadır, gələ bilmirəm. Uşaqlarımın heç biri yoluxmayıb. İnşallah tutmayacaq, qoymaram. Onlara elə keyfiyyətli qidalar yedizdirirəm ki. Gündəlik hamısından xəbərim var”. Uşaqları deyərkən əsgərlərini nəzərdə tuturdu".

Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova müsavat.com-a müsahibəsində deyib.

"Sonuncu dəfə iyul ayında danışdıq. İyulun 11-i dedi ki, 14-ü axşam evdə olacaq... Həmişə elə bilirəm ki, 14-ü gələcək və yeni işinə çıxacaq. İstədiyinə çatdı, deyirdi, köçkünləri özü evlərinə qaytaracaq. Tək arzusu vətən idi. Sinəsinə vurub: ”Ana, görərsən oğlun nə edəcək” deyirdi", - deyə Milli Qəhrəmanın anası qeyd edib.

Diaspora