Türkiyə Milli Müdafiə Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
Apa xəbər verir ki, Nazirliyin rəsmi "X" platformasındakı paylaşımda deyilir:
“107 il əvvəl erməni quldur dəstələri tərəfindən vəhşicəsinə soyqırıma məruz qalmış Azərbaycan türk qardaşlarımızın xatirəsini ehtiramla yad edir, dost və qardaş Azərbaycan xalqının dərdini ürəkdən paylaşırıq”.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
