Rusiya müharibənin 1123-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 659 təyyarəsi, 283 helikopteri, 47 861 PUA-sı, 601 zenit-raket kompleksi, 22 437 tank və digər zirehli texnikası, 1 530 reaktiv yaylım atəş sistemi, 22 808 artilleriya və minaatanı, 33 243 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.