Birinci Qarabağ müharibəsində itkin düşən Behbudov Daşqın Nəsrəddin oğlunun qalıqları Göyçay rayonunda dəfn olunub.
Apa-nın Şirvan bürosu xəbər verir ki, şəhid Daşqın Behbudovla vida mərasimi keçirilib.
Vida mərasimində ictimaiyyət nümayəndələri, hərbçilər, şəhidin yaxınları, ailə üzvləri iştirak edib.
Vida mərasimindən sonra şəhidin qalıqları Göyçay rayonunun Mırtı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, 1970-ci il təvəllüdlü Behbudov Daşqın Nəsrəddin oğlu 1994-cü ildə Füzuli rayonunun Şükürbəyli kəndi ərazisində itkin düşüb.







