Birinci Qarabağ müharibəsində itkin düşən Atakişi Atayevin qalıqları Bakıda dəfn olunub.
Apa xəbər verir ki, şəhidlə vida mərasimi keçirilib.
Vida mərasimində ictimaiyyət nümayəndələri, hərbçilər, şəhidin yaxınları və digər şəxslər iştirak edib.
Vida mərasimindən sonra şəhid Atakişi Atayevin qalıqları Bakının Keşlə qəsəbəsində dəfn olunub.
Qeyd edək ki, Atakişi Qəhrəman oğlu Atayev 1992-ci ildə Xocalının Naxçıvanlı kəndi istiqamətində itkin düşüb.




