Rusiya müharibənin 1109-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 656 təyyarəsi, 283 helikopteri, 45 649 PUA-sı, 600 zenit-raket kompleksi, 22 083 tank və digər zirehli texnikası, 1 523 reaktiv yaylım atəş sistemi, 22 348 artilleriya və minaatanı, 32 595 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.