Rusiya müharibənin 1075-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 652 təyyarəsi, 283 helikopteri, 42 139 PUA-sı, 590 zenit-raket kompleksi, 20 997 tank və digər zirehli texnikası, 1 513 reaktiv yaylım atəş sistemi, 21 129 artilleriya və minaatanı, 31 127 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.