Bu gün Rusiya Ukraynaya 120 raket və 90 dron buraxıb.
QAZÍLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Ukraynanın bütün bölgələrinə kombinasiya edilmiş kütləvi zərbə endirilib. Bu gecə və səhər saatlarında Rusiya terrorçuları müxtəlif tipli - əsasən də “Şahid” - dronlardan istifadə ediblər. Qanadlı, ballistik və aeroballistik raketlər: “Zirkon”lar, “İsgəndər”lər, “Xəncər"lər... Ümumilikdə, təxminən 120 raket və 90 PUA”, - Zelenski bildirib.
Ukrayna lideri hava hücumundan müdafiə qüvvələrinin 140-dan çox hava hədəfini məhv etdiyini vurğulayıb:
“Təəssüf ki, zərbələrdən və qalıqların düşməsindən obyektlərə ziyan dəyib”.
Zelenski Nikolayevdə dron hücumu nəticəsində iki nəfərin öldüyünü, altı nəfərin, o cümlədən iki uşağın yaralandığını açıqlayıb.
O, hava hücumunun dəf edilməsi zamanı Qərbin ötürdüyü F-16 qırıcılarının da iş başında olduğunu bildirib.