Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun bir qrup şəxsi heyəti Cənubi Koreyada “12-ci Beynəlxalq Kursantlar Həftəsi”ndə iştirak edib.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Cənubi Koreya Respublikasının Hərbi Hava Qüvvələrinin Akademiyasında keçirilən tədbirdə Azərbaycan, ABŞ, Almaniya, Böyük Britaniya, Filippin, Fransa, İraq, İsveç, İtaliya, Meksika, Tayland, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Yaponiya və Yunanıstandan olan kursantlar iştirak ediblər.
Tədbir çərçivəsində kursantlarımız Cənubi Koreya Respublikasının hərbi təhsil sistemi ilə yaxından tanış olub, eləcə də digər iştirakçı ölkələrin şəxsi heyəti ilə qarşılıqlı təcrübə mübadiləsi aparıblar.