BRİKS heç vaxt assosiasiya ölkələri arasında hərbi ittifaq olmayıb və olmaq niyyətində deyil.
QAZÍLER.AZ Axar.az-a istinaden verdiyi xebere gőre, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Bəyanatda vurğulanıb ki, BRİKS beynəlxalq təşkilat və ya inteqrasiya strukturu deyil, bərabərliyə əsaslanan suveren dövlətlərin birliyidir. Bu, üç əsas sahəyə əsaslanan çoxfunksiyalı strateji tərəfdaşlıqdır: siyasət və təhlükəsizlik, iqtisadiyyat və maliyyə, mədəniyyət və humanitar əməkdaşlıq.
Qeyd edək ki, daha öncə britaniyalı siyasi ekspert Rocer Boyesin “Tayms” qəzetində BRİKS-in hərbi təşkilat olduğu və bunun NATO-nu narahat etməli olduğu barədə açıqlaması yayılıb.