Ukrayna Təhlükəsizlik Xidmətinin PUA-ları Rusiya Federasiyasının Voronej vilayətinin Soldatskoye şəhərində sursat anbarına hücum edib. Hansı ki, Şimali Koreya raketləri burada saxlanılırdı.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko deyib.
Onun sözlərinə görə, eyni aqibət İran raketlərini də gözləyir:
“Putinin Kim Çen İndən aldığı Koreya raketləri məhv edildi, İran raketləri də eyni aqibətlə üzləşəcək”, - Kovalenko bildirib.