Azərbaycanlı hərbçilər Türkiyənin Milli Müdafiə Universitetinin Quru Qoşunları Hərbi Məktəbindən məzun olub.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, məzunlara diplomların təqdim olunması mərasimi keçirilib.
Məktəbi azərbaycanlı tələbələr arasında birinciliklə bitirən leytenant Hətəm Həsənova diplomunu Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanov təqdim edib.