Belqradda keçirilən mitinqdən sonra ictimai asayişin pozulduğu bildirilir

Belqradda keçirilən mitinqdən sonra ictimai asayişin pozulduğu bildirilir backend

Belqradda litium hasilatına qarşı etirazlarda 24-27 min insan iştirak edib.

QAZÌLER.AZ  APA-ya istinaden xəbər verir ki, Teraziye meydanında keçirilən aksiyanın dinc şəraitdə keçdiyi, lakin ondan sonra təşkilatçıların mitinqlə bağlı hesabatda yazılanların hamısına zidd hərəkət edərək, ictimai asayişi və əmin-amanlığı pozaraq, beynəlxalq nəqliyyatın hərəkətinə maneçilik törətdiyi, bununla da insanların təhlükəsizliyini təhlükə altına atdığı bildirilir.

Ölkənin Baş nazirinin müavini və daxili işlər naziri İvitsa Daçiç məsələ ilə bağlı bunları deyib: “Cinayət və pis əməllər törətmiş hər kəs cinayət törətmək və qanunları pozmaq maddələri ilə ittiham olunacaq”.

Avqustun 10-da bir neçə min serb Belqrad küçələrinə çıxaraq, tərkibində litium olan yadarit maddəsinin çıxarılması üçün şaxtanın açılmasına qarşı çıxıb və Budapeşt-Saloniki beynəlxalq magistral yolunu bağlayıb.

Qeyd edək ki, iyul ayında Serbiya hakimiyyəti Cadar çayında litium hasilatı layihəsini təsdiqləyib. Müxalifət isə hesab edir ki, bu qərar ölkəni ucuz xammal koloniyasına çevirəcək.