Düşmən qoşunlarının Belarusla sərhədə yaxın və ya Sum bölgəsində qruplaşmasının artması qeydə alınmayıb.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu sözləri Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko deyib.
O bildirib ki, son vaxtlar Belarusla sərhəddə vəziyyət dəyişməz qalıb:
“Biz əhəmiyyətli təhlükə, qarşı tərəfdə sərhədimizin yaxınlığında hər hansı hərəkət görmürük, lakin ayıq-sayıq olmağa davam edirik, çünki istənilən vəziyyətin inkişafına hazır olmalıyıq. Hazırda Rusiyanın Sum rayonu istiqamətində aktiv hərbi əməliyyatlar zonasını genişləndirmək üçün edə biləcəyi hər hansı hərəkəti qeydə almamışıq”.