MN: Tovuz istiqamətində kəşfiyyat uçuşu edən Ermənistan PUA-sı ərazidən uzaqlaşdırılıb

MN: Tovuz istiqamətində kəşfiyyat uçuşu edən Ermənistan PUA-sı ərazidən uzaqlaşdırılıb backend

İyulun 25-də saat 10:55 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Qaziler.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.

Diaspora