Rus bombalarından qorunmaq tamamilə mümkündür

Rus bombalarından qorunmaq tamamilə mümkündür backend

Ukrayna şəhərlərini və icmalarını Rusiya bombalarından qorumaq tamamilə mümkündür.

QAZÌLER.AZ  Axar.az-a istinaden  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski xalqa axşam müraciətində bildirib.

O, ötən gün Rusiyanın Xarkovda yaşayış binasını bombalmasına münasibət bildirərkən deyib:

"Dörd idarə olunan bomba şəhəri vurdu - bu, tamamilə hesablanmış terrordur. Bombalardan biri şəhərin mərkəzi hissəsində, avtovağzalın yanında yerləşən yaşayış binasını dağıdıb. Hazırda şəhərdə 40-dan çox yaralının olduğu məlumdur. Hər kəs ehtiyac duyduğu yardımı alır. Xarkovda bugünkü zərbələr nəticəsində üç nəfər həlak olub.

Ukraynaya bu bombaların daşıyıcılarını, xüsusən Rusiya hərbi təyyarələrini onların mövcud olduğu yerlərdə məhv etmək üçün lazımi qüvvə və vasitələrə ehtiyacı var. Bu addım lazımdır.

Rusiyanın Xarkova və regiona qarşı raket terrorunun əhəmiyyətli dərəcədə azalması sübut edir ki, şəhərlərimizi və icmalarımızı rus bombalarından qorumaq tamamiləm ümkündür".

 

Diaspora