Ukraynadakı müharibənin necə bitməsindən asılı olmayaraq, Avropa və ABŞ gələcək illər ərzində daha güclü, daha qəzəbli Rusiya ilə qarşılaşacaq.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu sözləri NATO-nun Avropadakı qüvvələrinin komandanı, ordu generalı Kristofer Kavoli deyib.
"Rusiyanın Ukraynadakı məğlubiyyəti son dərəcə vacibdir, amma bunun necə bitməsindən asılı olmayaraq, biz ordusu təsəvvür etdiyimizdən çox tez bərpa olunacaq Rusiyanı görəcəyik", - o bildirib.