Bu ölkədə çağırış: Rusiyaya qarşı 900 min əsgər…

Bu ölkədə çağırış: Rusiyaya qarşı 900 min əsgər… backend

Bundestaqın Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmermann Almaniya hakimiyyətini Rusiyaya qarşı döyüşmək üçün 900-dən çox ehtiyatda olan əsgəri qeydiyyata almağa çağırıb. Bunlar bir vaxtlar alman ordusunda xidmət etmiş, sonra isə həqiqi xidməti tərk etmiş insanlardır.

QAZÌLER.AZ  Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

“Almaniyada 900 minə yaxın ehtiyatda olan əsgəri hazır vəziyətə gətirməyi təklif edirik. Mümkün qədər tez müdafiə qabiliyyəti əldə etməliyik”, - Zimmermann deyib.

Sədr öz qərarını belə əsaslandırıb ki, guya bu yolla Almaniya özünü potensial rus işğalından qoruya biləcək. O, ölkədə on ildir ki, ehtiyatda olan hərbçilər haqqında məlumatların yenilənmədiyini vurğulayıb.