Ukrayna hərbçiləri Volçanskda əks hücuma keçərək bir neçə kvartalı geri alıblar.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə “Bild” nəşrinin eksperti Yulian Röpke məlumat verib.
"Artıq şəhər ərazisinin yalnız dörddə biri birmənalı şəkildə Rusiyanın nəzarəti altındadır. Bir həftə əvvəl ruslar şəhərin yarısına nəzarət edirdi. Görünür, ukraynalılar orada irəliləməyə və rusları sıxışdırıb çıxarmağa nail olublar. Ruslar Volçanskda mövqelərini itirir və şəhəri məhv etmək üçün RYAS-lardan, uzaqdan ağır artilleriya və planlı aviabombalardan istifadə edirlər”, - Röpke bildirib.