Mayın 26-na keçən gecə Rusiyanın Ukraynaya kütləvi raket hücumu səbəbindən Polşa müttəfiq ölkələri ilə birlikdə hərbi təyyarələri havaya qaldırıb.
QAZÌLER AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığından məlumat verilib.
Bildirilib ki, bu gecə, xüsusən də Ukraynanın qərbində yerləşən hədəflərə uzaqmənzilli Rusiya aviasiyasının intensiv zərbələri müşahidə olunub:
“Nəzərə almaq lazımdır ki, Polşa və müttəfiqlərin təyyarələri hava məkanında işləyir, bu da ölkənin cənub-şərq hissəsində səs-küyün artmasına səbəb ola bilər”.