Rumıniyada NATO-nun hərbi təlimi başladı

Rumıniyada NATO-nun hərbi təlimi başladı backend

Mayın 24-dən 28-dək Rumıniyanın Qalatsi bölgəsində keçiriləcək “Dacian Strike 24” (DAST24) hərbi təliminə start verilib.

QAZILER.AZ  Axar.az-a istinaden  xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təlimdə Rumıniya və digər NATO ölkələrindən təxminən 500 hərbçi iştirak edir.

ABŞ, Fransa, Rumıniya Hərbi Hava Qüvvələri və Böyük Britaniya Kral Hərbi Hava Qüvvələri "Tayfun" (Eurofighter Typhoon) təyyarələri ilə manevrlər edib.

Qeyd edək ki, DAST24 birgə komandanlıq təlimi Rumıniya ilə yanaşı Bolqarıstanda da keçirilir.

Diaspora