Ucarda Birinci Qarabağ müharibəsinin şəhidi Şöhrət Nuriyevlə vida mərasimi keçirilir

Ucarda Birinci Qarabağ müharibəsinin şəhidi Şöhrət Nuriyevlə vida mərasimi keçirilir backend

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Şöhrət Telman oğlu Nuriyevin meyitinin qalıqları Ucar rayonuna gətirilib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi rayonun Əlikənd kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Şöhrət Telman oğlu Nuriyev1969-cu il iyunun 17-də Ucar rayonunun Əlikənd kəndində anadan olub. O, 1993-cü ilin aprelin 14-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

Ş.Nuriyev Əlikənd kənd qəbiristanlığında dəfn olunacaq.

Diaspora