Hərbi Hava Qüvvələrinə yeni komandan təyin olundu

Hərbi Hava Qüvvələrinə yeni komandan təyin olundu backend

Hərbi Hava Qüvvələrinə yeni komandan təyin olunub.

QAZILER.AZ  Lent.az-a istinaden xəbər verir ki, general-mayor Namiq İslamzadə bu vəzifəyə təyin olunub. O, şəxsi heyətə təqdim edilib. 

Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib. 9 dekabr 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Namiq İslamzadəyə Vətən Müharibəsi Qəhrəmanı adı verilib.

Qeyd edək ki, HHQ-nın keçmiş komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl yaş həddi ilə əlaqədar xidmətdən azad edilib.

Diaspora