Xəbər verdiyimiz kimi, general-mayor Müşfiq Məmmədov Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsinə təyin olunub.
Bizim.Media xəbər verir ki, əslən Laçın rayonundan olan Müşfiq Xıdır oğlu Məmmədov Hərbi Akademiyanın məzunudur.
O, uzun müddət Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub. Müşfiq Məmmədov həm də Azərbaycanın Bolqarıstanda akkreditə olunmuş hərbi attaşesi vəzifəsini icra edib.
O, 2020-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib. 2023-cü ilin noyabrında isə ona general-mayor hərbi rütbəsi verilib.