Ruslar sürətlə hücum edir, Volçanskda küçə döyüşü gedir

Ruslar sürətlə hücum edir, Volçanskda küçə döyüşü gedir backend

Rusiyanın Xarkov vilayətinə hücumu sürətlə davam edir. Hazırda Volçanskda küçə döyüşləri başlayıb.

QAZILER.AZ  Axar.az-a istinaden xəbər verir ki,  Ukrayna ordusunun komandirlərindən olan Denis Yaroslavski bildirib ki, Volçanskda vəziyyət ağırdır, şəhər mühasirə təhlükəsindədir:

“Bu gün 57-ci briqada “Ştorm Z”-nin hücumunu dayandırdı. Briqada artilleriyası onların bölüyünü və zirehli texnikalarını məhv etdi. Amma düşmən ehtiyat qüvvələri göndərir. Küçə döyüşləri başlayıb, şəhər mühasirəyə alınır. Bunu ona görə deyirəm ki, həlak ola bilərik, həqiqəti heç kim eşitmir”.

Diaspora