Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, hərbi qulluqçular arasında hərbiləşdirilmiş kross birinciliyi keçirilib.
QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumata görə, müxtəlif qoşun növlərini təmsil edən 9 komanda üzrə 27 hərbi qulluqçu fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıblar.
Hərbi qulluqçular atış, qumbaraatma və 3 kilometr məsafəyə kross qaçışı üzrə yarışlarda güclərini sınayıblar.
Fərdi hesabda 1-ci yerə müddətli əsgər Mirsadiq Məmmədov, 2-ci yerə gizir Tural Məmmədov, 3-cü yerə isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əziz Hüseynov layiq görülüb.
Yarışın yekununda qalib komandalar və fərdi hesabda fərqlənənlər diplom, kubok və medallarla mükafatlandırılıblar.



