Ukrayna ordusu üçün cəbhədə vəziyyət pisləşə bilər. Ruslar ABŞ-ın yardımı gələnə qədər məhdud imkan pəncərəsindən yararlanmaq üçün hücumlarını artıracaqlar.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
“Ukrayna ordusu ABŞ-ın hərbi yardımını gözləyərkən qarşıdakı həftələrdə daha çox uğursuzluğa düçar ola bilər. Lakin ABŞ-ın yeni yardımı tez gəlsə, onlar Rusiyanın hazırkı hücumunu dayandıra biləcəklər”, - hesabatda bildirilib.