"Baxdım ki barmaqlarının arasından qan fışqırır" - Rey Kərimoğlu

"Baxdım ki barmaqlarının arasından qan fışqırır" -  Rey Kərimoğlu backend

Bu günlərdə jurnalist Mahir Süleymanov feysbuk sosial şəbəkəsində  "Səhər" qəzetinin 17 mart 1992-ci il tarixli nömrəsində gedən məqaləni yenidən gündəmə gətirib. Orada igid kəşfiyyatçı siyəzənli Rövşən İsmayılov haqqında danışılır. 

""Səhər" qəzetinin 17 mart 1992-ci il tarixli nömrəsində dərc olunmuş bu yazıdakı şəkildə dilini göstərən igid kəşfiyyatçı siyəzənli Rövşən İsmayılovdur. Cəsur döyüşçümüzün dilinin çöldə olmasının səbəbini yazını oxuyanda biləcəksiniz. Fotomüxbirimiz Rauf Umud da inandırıcı olsun deyə yaralı əsgərimizin belə vəziyyətdə oxuculara təqdim edilməsini daha məqsədəuyğun sayıb...

Rövşən İsmayılovun sonrakı taleyi barədə bizim məlumatımız yoxdur. Yəqin ki, FB ailəsinin fəal üzvü olan Rey Kərimoğlu öz kəşfiyyatçı yoldaşı haqda oxuculara ətraflı məlumat verəcək".

Rövşən İsmayılov tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu ilə Şirin Mirzəyevin batalyonunda döyüşüb. Məqalədə Rövşənin yaralandığı döyüşdə Rey Kərimoğlunun da iştirak etdiyi qeyd olunur...

Bu barədə Rey Kərimoğlu Qaziler.az-a bunları bildirdi:

"Mahir Süleymanovun paylaşdığı şəkil Rövşən dur. O vaxt gənc döyüşçülərdən olan Rövşən İsmayılov əslən Siyəzən rayonundandır. Şirin Mirzəyevin batalyonunda bizimlə bir yerdə kəşfiyyat dəstəsində xidmət edirdi. Bir çox vacib kəşfiyyat əməliyyatlarında bir yerdə iştirak etmişik. Rövşən çox ağır və şərəfli döyüş yolu keçib. Onun dediyi hadisə həqiqətən olub. döyüş zamanı məni çağırdı, çöndüm ki. onu vurdular. Əlin tutdu ağzına yerə oturdu. Baxdım ki barmaqlarının arasından qan fışqırır. Güllə bir ovurdundan girib dilin çapıb o biri ovurdundan çıxmışdı. 

Onunla axırıncı dəfə 2008-ci ildə görüşmüşdük. Xəstə idi; əli-ayağı əsirdi. Krasnodara işləməyə getmişdi. Orada bir dəstə erməni ilə dava etmişdi, onu başından bıçaqla vurmuşdular, iflic olmuşdu. Sonra eşitdim ki, vəfat edib..."

QAZİLER.AZ

 

Diaspora