İordaniya İran PUA-larını vurdu

İordaniya İran PUA-larını vurdu backend

İordaniya İranın İsrailə atdığı kamikadze PUA-larını vurub.

QAZILER.AZ  Publika.az-a istinadən xəbər verir ki, İordaniya hərbi təyyarələrinin ölkənin hava məkanına daxil olan onlarla İran PUA-sını vurduğu bildirilir.

Qeyd edək ki, İordaniya İran və İsrail arasında hava məkanı baxımından ən kritik ölkələrdən biridir. Ona görə də İranın İsrailə qarşı başlatdığı hücumdan sonra İordaniyada fövqəladə vəziyyət elan edilib.

Xatırladaq ki, İranın İsrailə hücumunun dəf olunmasında ABŞ və Böyük Britaniya da iştirak edib.

Diaspora