Pakistanın təhlükəsizlik qüvvələri yanvar ayından bəri ölkənin şimal-qərbindəki Xeybə-Paxtunxva əyalətində azı 88 terrorçunu məhv edib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə polisin regional baş direktoru Axtar Hayat Xan məlumat verib.
Birinci rübdə keçirilən antiterror əməliyyatları zamanı hüquq-mühafizə orqanlarının dörd əməkdaşı öldürülüb.
Xanın sözlərinə görə, Xeybər-Paxtunxvada əcnəbi vətəndaşlar üçün təhlükəsizlik tədbirləri Çin texniki işçilərinə intihar hücumundan sonra əhəmiyyətli dərəcədə gücləndirilib.