Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər İmran Rahim oğlu Əmrahov dəfn edilib.
Oxu.Az xəbər verir ki, əsgər İmran Əhmədov yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Mərəzə qəbiristanlığında torpağa tapşırılıb.
12:04
Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər İmran Rahim oğlu Əmrahovla vida mərasimi başa çatıb.
Oxu.Az xəbər verir ki, vida mərasimi onun yaşadığı ünvanda - Binəqədi rayonu Biləcəri qəsəbəsində baş tutub. Mərhum Mərəzə qəbiristanlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, əsgər İmran Rahim oğlu tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından vəfat edib. Nəşi ötən gün axşam saatlarında ailəsinə təhvil verilib.
10:04
Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər İmran Rahim oğlu Əmrahov tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, əsgərin nəşi axşam saatlarında Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan ailəsinə təhvil verilib.
Hazırda evdə mərhumla vida mərasimi keçirilir.









