Ukraynanın müdafiə qüvvələri Rusiyanın iri “Yamal” və “Azov” amfibiya gəmilərini, həmçinin Rusiyanın Qara dəniz donanmasının Sevastopoldakı rabitə mərkəzini və bir sıra infrastruktur obyektlərini vurub.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrin Baş Qərargahı məlumat yayıb.
Bundan əvvəl Sevastopol qubernatoru Mixail Razvozjaev bildirmişdi ki, Rusiya hərbçiləri Ukraynanın Sevastopola son zamanlar ən kütləvi hücumunu dəf edib.
Daha sonra o qeyd edib ki, Sevastopolda gecə saatlarında baş verən kütləvi raket hücumu nəticəsində nəqliyyat infrastrukturu qismən zədələnib.