Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri İrakli Çikovani Tbilisidə səfərdə olan Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla görüşü zamanı bildirib.
Gürcüstan MN-in məlummatına görə, görüş zamanı Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının vacibliyinə diqqət çəkilib.
İrakli Çikovani müdafiə nazirlərinin bu formatda görüşünün bu il Gürcüstanda keçiriləcəyini vurğulayıb.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
