Gənc əsgərlərin andiçməsinə valideynlər buraxılmayacaq - SƏBƏB

Gənc əsgərlərin andiçməsinə valideynlər buraxılmayacaq - SƏBƏB backend

Vətəndaşlardan daxil olan çoxsaylı sorğularını nəzərə alaraq bir daha bildiririk ki, sabah, fevralın 18-i Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə qapalı şəraitdə keçiriləcək.

QAZILER.AZ   Lent.az-a istinaden verdiyi  xəbərə görə, valideynlərin, eləcə də ictimaiyyət və media nümayəndələrinin andiçmə mərasimlərində iştirakı məhdudlaşdırılacaq.

Qeyd olunanları nəzərə alaraq vətəndaşlarımızdan bu qərarı anlayışla qarşılamağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik.