Moskva regionda vəziyyətin köklü dəyişməsi ilə əlaqədar Rusiya sülhməramlılarının Qarabağda olması şərtlərini yalnız Bakı ilə müzakirə edəcək.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Qarabağda vəziyyətin köklü dəyişdiyini nəzərə alaraq, sülhməramlılarımızın qalma şərtləri yalnız Azərbaycan tərəfi ilə müzakirə olunur”, - nazir müavini qeyd edib.
Qaluzinin sözlərinə görə, Azərbaycanla dialoq konstruktiv xarakter daşıyır. “Biz bütün yaranan məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların gələcək iştirakı tələbindən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq ”, - nazir müavini əlavə edib.