İsrail HƏMAS-ın təklifini rədd etdi

İsrail HƏMAS-ın təklifini rədd etdi backend

İsrail HƏMAS-ın anklavda saxlanılan bütün israilli girovların azad edilməsi müqabilində Qəzza zolağında hərbi əməliyyatların dayandırılması təklifini rədd edir.

QAZILER.AZ  Axar.az-a istinaden xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“HƏMAS qaçırılanların azad edilməsi müqabilində müharibənin bitməsini, qüvvələrimizin Qəzzadan çıxarılmasını, Nuxbadan (HƏMAS-ın xüsusi bölməsi - red.) bütün qatillərin və təcavüzkarların azad edilməsini və HƏMAS-a toxunulmazlıq tələb edir. Bununla razılaşsaq, hərbçilərimizin ölümü əbəs olacaq, buna razı olsaq, vətəndaşlarımızın təhlükəsizliyinə təminat verə bilməyəcəyik”, - nazir bildirib.

Diaspora