Hərbçilərimiz Qazaxıstanda keçiriləcək təlimlərdə iştirak edəcək

Hərbçilərimiz Qazaxıstanda keçiriləcək təlimlərdə iştirak edəcək backend

Qazaxıstanda bu il irimiqyaslı taktiki təlimlər keçiriləcək.

Bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

Qeyd edilib ki, təlimlərdə Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistanın hərbçiləri iştirak edəcək.

Qazaxıstan müdafiə naziri Ruslan Jaksılıkov bildirib ki, hərbi təlimlər Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin edilməsinə yönəlib.