Laçın rayonunda hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olmuş hərbçilərə şəhid statusu veriləcək.
QAZİLER. AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib.
O deyib ki, bu gün Laçında həlak olan hərbi qulluqçular - Həsən İsmayılov və Səxavət Axundova şəhid statusu qanuna uyğun olaraq hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında veriləcək.
Allah şəhidlərimizə rəhmət eləsin!