Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, hərbi qulluqçuların maarifləndirilməsi üzrə tədbirlər çərçivəsində Azərbaycan Ordusunda ictimai-siyasi hazırlıq məşğələləri keçirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Plana uyğun olaraq keçirilən məşğələlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışlarında Azərbaycan Ordusu haqqında səsləndirdiyi fikirlər, eləcə də ölkəmizdə və dünyada baş verən hadisə və yeniliklərlə bağlı məlumatlar şəxsi heyətə çatdırılır.
Bundan başqa, hərbi qulluqçularla aparılan söhbətlər zamanı döyüş əməliyyatlarında qəhrəman hərbçilərimizin göstərdikləri igidlik və şücaət nümunələrindən danışılır, azad olunmuş ərazilərimizin tarixindən bəhs edilir.
Tərbiyəvi iş və siyasi məlumatlandırma saatlarında, həmçinin şəxsi heyəti maraqlandıran suallar cavablandırılır və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilir.