Mandatına uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) bu gün azad olunan şəxslərə baş çəkərək onlarla rəftarı və saxlanma şəraitini qiymətləndirib.
Bunu Apa-nın sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
Onun sözlərinə görə, BQXK həmçinin, bu şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradıb. Biz həmçinin təhvilvermədən əvvəl bu şəxslərlə görüşüb və söhbət aparıb. Onların hamısı geri qayıtmaq arzusunda olduqlarını bildiriblər.