Günün FOTOsu - Ümidlərin reallaşdığı GÖRÜNTÜ

Günün FOTOsu - Ümidlərin reallaşdığı  GÖRÜNTÜ backend

Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində Azərbaycan və Ermənistan arasında saxlanılan hərbçilərin dəyişdirilməsi həyat keçirilib.

Trend-in Qazax rayonuna ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Azərbaycan tərəfinə təhvil verilən hərbçilər Hüseyn Axundovla Aqşin Bəbirovdur.

Əsirlər Qazax rayonunun Ermənistan Respublikası ilə sərhəd ərazisində geri qaytarılıb. Əsirlərin mübadiləsi zamanı diqqətçəkən kadrlardan biri məhz Trend əməkdaşının kamerasına tuş gəlib.

Günün fotosu olan həmin kadrı təqdim edirik:

 

Xatırladaq ki, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edib.
Ermənistan Respublikası öz növbəsində 2 azərbaycanlı hərbçini azad edib.

Qeyd edək ki, hərbçilərimiz bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşmüşdü. Sonradan məlum olmuşdu ki, onlar əsir düşüblər.

Diaspora