Rusiyada hərbi xidmət MÜDDƏTİ UZADILIR: "Yekun qərarı Putin verəcək"

Rusiyada hərbi xidmət MÜDDƏTİ UZADILIR: "Yekun qərarı Putin verəcək" backend

Rusiyada ciddi hərbi-siyasi vəziyyətə görə orduda xidmət müddətinin artırılması məsələsi çoxdan gecikib".

QAZILER.AZ. Publika.az-a istinaden xəbər verir ki, bunu Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolev News.ru-ya bildirib.

Onun hesablamalarına görə, çağırışçılar ilk altı ay təlim hissələrində təhsil almalı, sonra isə daha bir il yarımı birbaşa qoşunlarda keçirməlidirlər. Onun sözlərinə görə, o, düşmənin hücumlarını dəf etməyə qadir, güclü, yaxşı təlim keçmiş ordu yaradacaq.

"Müasir texnologiya tələb edir ki, hərbçi bilikləri praktikada tətbiq etməyi bacarsın, bu, vaxt tələb edir. İstənilən rota və ya batalyonun istənilən vaxt vətəni müdafiə etməyə hazır olması üçün bir sıra təlim tədbirləri həyata keçirmək lazımdır”, - deyə Sobolev yekunlaşdırıb

Sobolov əlavə edib ki, komandirlər bölmələri idarə etməyi və onlar arasında qarşılıqlı əlaqəni təşkil etməyi də öyrənməlidirlər.

"Yekun qərar Rusiya prezidentindən asılı olacaq və o, bu təşəbbüsü dəstəkləyir", - o qeyd edib.

Diaspora