Yakutiyada güclü külək həyatı iflic edib - VİDEO

Yakutiyada güclü külək həyatı iflic edib - VİDEO backend

Yakutiyada əsən güclü külək həyatı iflic edib,  insanların yollarda güclə yeriməsinə səbəb olub.

Qaziler.az xəbər verir ki, bölgənin bir neçə yaşayış məntəqəsini bürüyən qar fırtınasının görüntülərini respublika rəhbəri Aysen Nikolayev “Telegram” kanalında yayıb.

Videonun bir hissəsi Bulun rayonu, Tiksidə lentə alınıb. Orada küləyin sürəti saniyədə 30 metrə çatıb.

“Bütün sakinlərə belə günlərdə evdə qalmaları tövsiyə olunur. Kommunal işçilər və energetiklər istənilən hava şəraitində elektrik şəbəkələrinin və istilik təchizatı sistemlərinin dayanıqlı işləməsini təmin edirlər, çünki şaxtada və qar fırtınalarında istilik və işıqsız qalmaq ölümcül təhlükəlidir”, - Nikolaev yazıb.

Bölgədə baş verən təbii fəlakət səbəbindən bir sıra məktəblər bağlanıb, bəzi reyslər, o cümlədən Tiksi, Jiqansk və Saskilaxadan uçuşlar gecikib və ya ləğv edilib. Sinoptiklərin proqnozlarına görə, dekabrın 1-i cümə günü külək zəifləməlidir.

QAZİLER.AZ

Diaspora