"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin vahid hava hücumundan müdafiə sistemi faktiki olaraq yaradılıb. Rusiyanın təşkilatın hər bir dövləti ilə ikitərəfli müqavilələri var, lazım gələrsə, sistem sənədləşdiriləcək".
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu qeyd edib.
"Əslində o ikitərəfli səviyyədə yaradılıb. Bizim hər bir dövlətlə hava hücumundan müdafiə sistemləri ilə bağlı müqaviləmiz var. Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və təbii ki, Belarusla", - Şoyqu televiziya müxbiri Pavel Zarubinə müsahibəsində deyib.