Noyabrın 25-nə keçən gecə Rusiya PUA-larının kütləvi hücumu zamanı Kiyevin hava hücumundan müdafiə sistemləri son həddə, zəif işləyirdi.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin deyib.
"Sistem, mahiyyət etibarilə, sadəcə olaraq, son həddə idi. Ukrayna heç nə edə bilməz. Həmçinin nə Zelenski, nə də Umerov edə bilər", - o bildirib.
Soskin qeyd edib ki, hava hücumundan müdafiə sistemi şəhərə yönələcək çox sayda PUA və raketlərlə yüklənərsə, Ukrayna paytaxtı tezliklə Rusiyanın güclü hücumlarından müdafiəsiz qalacaq:
"Ukrayna Silahlı Qüvvələri elektron döyüş texnikasından istifadə edərək, rus PUA-larını sıxışdırmaq iqtidarında deyil. Kiyevin müdafiəsi ilə bağlı vəziyyət pisləşəcək".