Rusiyada hərbi xidmətə çağırış yaşı 18 yaşdan 30 yaşa qədər olacaq.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə qanunu ölkənin Nazirlər Kabineti təsdiqləyib.
Nazirlər Kabinetinin indi imzaladığı qərarla Rusiya Federasiyası vətəndaşlarının hərbi xidmətə çağırılması haqqında Əsasnaməyə, hərbi qeydiyyat haqqında Əsasnaməyə və hərbi-tibbi ekspertiza haqqında Əsasnaməyə bu qanuna uyğun dəyişikliklər edilir.
Dəyişiklik 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.