Ukrayna ordusu müxtəlif silah növlərini birləşdirmək üzrə dünya çempionudur və Rusiya ordusundan daha çox döyüşə adaptasiya olub.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Estoniya müdafiə naziri Hanno Pevkur bildirib.
Nazir qeyd edib ki, belə bir üstünlük müharibədə uğura aparan yoldur, lakin başa düşmək lazımdır ki, Ukrayna heç vaxt döyüş meydanında Rusiya qədər çox əsgərə malik olmayacaq:
"Bu o deməkdir ki, Ukrayna ordusu daha yaxşı təchiz olunmalı, daha yaxşı təlim keçməli və daha yaxşı motivasiya olunmalıdır. Bunlar qələbənin üç əsas prinsipi və bəlkə də bu müharibədə qalib gəlməyin düsturudur".
O söyləyib ki, Ukrayna ordusu yeni silahlardan istifadədə uyğunlaşma və təlim nümunəsi göstərir