Rusiya Fövqəladə Hallar Nazirliyi rusiyalı diplomatlarla birlikdə Qəzza zolağından dinc sakinləri təxliyə etməyə başlayıb.
QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya FHN-dən bildirilib.
Məlumata əsasən, artıq Rusiya vətəndaşları keçid məntəqəsindən keçirlər.
“Bir həftə ərzində Rusiya Fövqəladə Hallar Nazirliyinin operativ qrupu Fələstin-İsrail münaqişəsi zonasında olan Rusiya vətəndaşlarının təxliyyə marşrutlarının və prosedurunun əlaqələndirilməsi üzərində çalışıb. Hazırda münaqişə zonasını tərk etmək istəyən Rusiya Federasiyası vətəndaşları keçid məntəqəsindən keçirlər”, - deyə nazirlik qeyd edib.